...

Azərbaycanın Penitensiar Xidmətinin Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindəki məhkumların 50 faizi yerli vaxtla saat 11.15 radələrinədək səs verib

Siyasət Materials 15 Oktyabr 2008 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir S.Kazımlı/ Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindəki məhkumların 50 faizi saat 11.00 radələrinədək səs verib.

Trend -un müxbirinin məlumatına görə, bu müəssisədə 14 saylı Əzizbəyov rayonu 2-ci Seçki Dairəsinin 32 saylı seçki məntəqəsi təşkil olunub.

Müəssisədə saxlanılan 570 məhkumdan 284-ü səsvermədə iştirak edib. Məhkumlar səsvermədə yüksək fəallıq nümayiş etdirirlər.

Müəssisədə cəza çəkən məhkum Əliyev Valeh İslam oğlu seçimini etdiyini, istədiyi namizədə səs verdiyini, namizədlər haqqında ətraflı məlumata malik olduğunu bildirib.

Seçki prosesini izləyən yerli müşahidəçilər müəssisədə seçkilərin normal keçdiyini deyiblər.

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti