...

Gəncədə seçici fəallığı 70 faizə yaxınlaşır

Siyasət Materials 15 Oktyabr 2008 17:24 (UTC +04:00)

Azərbaycan, Gəncə, 15 sentyabr / Trend , müxbir V.Məmmədov/ Gəncədə (paytaxt Bakıdan 365 kilometr aralı) seçki fəallığı 70 faizə yaxınlaşmaq üzrədir. Bu barədə Trend -a Gəncədə fəaliyyət göstərən Dairə Seçki komissiyalarından məlumat veriblər. Məlumata görə, saat 17:00-a kimi Gəncədə olan 149 min 155 nəfər seçicidən 99 min 752 nəfəri seçkilərdə iştirak edib. Bu isə seçicilərin 66, 87 faizini təşkil edir.

Trend -un arayışı: Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Dairələrdən verilən məlumata görə, məntəqələrin heç birində qayda pozuntusuna rast gəlinməyib. Dairə sədrlərinin Trend -a bildirdiklərinə görə, seçkinin sonuna kimi Gəncədə seçici fəallığının 80 faizə çatacağı gözlənilir.

Seçici fəallığı üzrə bu saata olan nəticələrdə Gəncənin 38 saylı Dairə Seçki Komissiyası liderdir. Burada seçicilərin 70,68 faizi seçkilərdə iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti