...

Azərbaycanın müxalif prezidentliyə namizədi prezident seçkilərində məğlub olduğunu etiraf edib (video)

Siyasət Materials 15 Oktyabr 2008 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın müxalif Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gün seçkilərdən sonra keçirdiyi mətbuat konfransında məğlub olması barədə bildirib.

"Dairə və məntəqə seçki komissiyalarındakı nümayəndələrimizin verdiyi məlumata görə, məğlub olmuşam", - seçkinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Hacıyev bildirib.

Trend -un arayışı: Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Hacıyev bildirib ki, seçkilərdə hakim partiyanın namizədi İlham Əliyev qələbə qazanıb. Hacıyev bu münasibətlə gələcək ölkə prezidentini təbrik edib.

"Seçkidə neçənci yeri tutduğumu dəqiq bilmirəm, lakin seçkinin nəticələrini uğurlu hesab edirəm", - partiya sədri əlavə edib.

Onun sözlərinə görə, seçkilərdə seçici fəallığı yüksək olub, xırda qanun pozuntuları nəzərə alınmamaqla, seçkilər tam demokratik şəraitdə keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti