...

Azərbaycanda prezidentliyə namizədin seçki qərargahı səsvermənin nəticələrinin təhrif olunmayacağına ümid edir

Siyasət Materials 15 Oktyabr 2008 21:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir A.Hüseynbala /Azərbaycanda prezidentliyə öz təşəbbüsü ilə namizədliyini irəli sürən, yeni yaranacaq Aydınlar Partiyasının Təşəbbüs Qrupunun üzvü Qulamhüseyn Əlibəylinin seçki qərargahı səsvermənin nəticələri iəl bağlı bəyanat yayıb. Trend - un məlumatına görə, sənəddə qeyd edilir ki, müşahidəçilərin verdiyi məlumatlar və seçki qərargahı üzvlərinin müxtəlif məntəqələrdə apardığı müşahidələr səsvermənin gedişi zamanı müxtəlif qanun pozuntularına yol verildiyinin təsdiqləyir.

Trend - un arayışı: Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Bəyanatda qeyd edilir ki, ayrı-ayrı seçki dairələrində səsvermə prosesinə polis müdaxiləsi olub, polis seçkini müşahidə edən QHT nümayəndələrinin seçki məntəqələrinə daxil olmasina imkan verməyib və ya onları məntəqə ərazisindən çıxarıb: "Əlibəylinin vəkillərinə təzyiqlər olub, onlar məntəqəyə buraxılmayıb və ya məntəqə ərazisindən uzaqlaşdırılıb, onlara qeydiyyatdan cıxma vərəqələrinin sayılmasını və yoxlanılmasını müşahidə etmək imkanı yaradılmayıb. Seçicilərin seçici siyahılarına daxil edilməsində çoxsaylı pozuntulara yol verilib, ali təhsil məktəblərində səsvermə zamanı tələbələrin əksəriyyətinin adı ümumi siyahılarda olmayıb, qeydiyyatdan çıxma vəsiqəsilə seçkiyə qatılanların sayı kifayət qədər çoxdur", - sənəddə bildirilir.

Bəyanatda digər qanun pozuntuları ilə bağlı faktlar da öz əksini tapıb: "Hazırda həmin qanun pozuntuları seçki qərargahında təhlil olunur və onların seçkilərin ümumi nəticələrinə təsiri araşdırılır", - sənəddə vurğulanır.

Prezidentliyə namizədin seçki qərərgahı ümid edir ki, səslərin sayılması və seçkilərin nəticələrinin müəyyənləşdirilməsi zamanı əvvəlki seçkilərdə yol verilmiş ciddi qanun pozuntuları və seçkinin nəticələrinin təhrif olunması baş verməyəcək.

Xəbər lenti

Xəbər lenti