...

Azərbaycan Mərkəzi Seçki Komissiyası prezident seçkisinin yekun nəticələrini sabah elan edəcək

Siyasət Materials 18 Oktyabr 2008 21:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr / Trend müxbir C.Babayeva/ Azərbaycan Mərkəzi Seçki Komissiyası prezident seçkisinin yekun nəticələrini sabah elan edəcək.

Prezident seçkisinin yekun nəticələri artıq məlumdur və onların MSK-nın bazar günü keçiriləcək iclasında elan olunub Konstitusiya Məhkəməsinə tədim olunması gözlənilir, MSK-nın mətbuat xidmətindən Trend -a şəmbə günü bildirilib.  

Trend -un arayışı: Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak etmişdir.

Seçkilərin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb-88.73 faiz.

İqbal Ağazadə 2, 86% faiz, Fazil Qəzənfəroğlu 2,47%, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Haçıyev 0,65 faiz səs toplayıb.

MSK-nın məlumatında həmçinin qeyd olunub ki,prezident seçkisi ilə bağlı şikayətlərin daxil olması müddəti başa çatıb və Komissiyaya heç bir şikayət daxil olmayıb.

Trend -un arayışı: Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi haqqında qanuna əsasən, məhkəmə prezident seçkisinin nəticələrini rəsmən səsvermə günündən sonra 14 gün ərzində elan edir.

Konstitusiyanın 103-cü maddəsinə əsasən prezident seçilmiş şəxs pezident seçkilərinin yekunları haqqında məlumatın Kostitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.

And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15 min manat məbləğində aylıq vəzifə maaşı alır.

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti