...

Türkiyə regiondakı "dondurulmuş münaqişələr"in nizamlanmasına yardım göstərmək niyyətindədir – səfir (video)

Siyasət Materials 20 Oktyabr 2008 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Türkiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaqla regionda "dondurulmuş münaqişələr"in nizamlanmasına yardım göstərəcək. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Qılıc bildirib.

Səfir qeyd edib ki, bu münaqişələrin nizamlanması Cənubi Qafqaz regionunda sabitlik yaradacaq.

2009-cu il yanvarın 1-dən Türkiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq. Bu barədə qərar ötən həftə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunub.

"Türkiyə bu postda BMT-nin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə qəbul etdiyi dörd qətnamənin reallaşdırılmasına və münaqişənin sülh yolu həll edilməsinə yardım etməyi planlaşdrır", - deyə Qılıc bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti