...

YTB fraksiyası Ukrayna parlamentinin tribunasını və Rəyasət Heyətini bağlayıb

Siyasət Materials 21 Oktyabr 2008 14:49 (UTC +04:00)

Ukrayna, Kiyev, 21 oktyabr / Trend , müxbir Z.Novosvitski/ Yuliya Timoşenko Bloku (YTB) fraksiyasının deputatları Ukrayna parlamentinin tribunasını və Rəyasət Heyətini bağlayıblar.

YTB-in deputatları oturacaqların köməyi ilə hökumət lojasını və Ali Radanın sədrinin sessiya zalına daxil olduğu qapıları bağlayıblar.

Hazırda Ali Radanın sədri Arseniy Yatsenyuk parlamentin bu günə olan gündəliyini müəyyənləşdirməklə əlaqədar fraksiyanın liderləri ilə söhbət aparır. İclas, YTB fraksiyasının xahişi ilə çərşənbə axşamı parlamentdə müzakirəsi zəruri olan məsələlərin razılaşdırılması məqsədilə keçirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti