...

Azərbaycan parlamentinə baş nazir vəzifəsinə Artur Rəsizadənin təyin olunması ilə bağlı təqdimat göndərilib

Siyasət Materials 28 Oktyabr 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezident Milli Məclisə (Parlament) Artur Rəsizadənin baş nazir vəzifəsinə təyin olunması ilə bağlı təqdimat göndərib.

Millət vəkili Qüdrət Həsənquliyevin jurnalistlərə çərşənbə axşamı bildirdiyinə görə, bu gün günün ikinci yarısında Milli Məclisdə bu sənədin müzakirəsi gözlənilir.

Rəsizadə uzun müddətdir ki, Azərbaycan Nazirlər Kabinetinə başçılıq edir.

Azərbaycan prezidenti İlham Əliyev dövlət başçısının yenidən seçilməsi ilə əlaqədar ölkə hökumətinin tərkibini buraxıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçirilib. Hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev ölkə prezidenti seçilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti