...

AŞ PA prezidenti Gürcüstana səfər edəcək

Siyasət Materials 29 Oktyabr 2008 10:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç Gürcüstana səfər edəcək. Bu barədə Gürcüstan parlamentindən məlumat verilib.

Səfər zamanı o, Gürcüstan Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya, parlament sədri David Bakradze, xarici işlər naziri Yekaterina Tkeşelaşvili, daxili işlər naziri Vano Merabişvili və reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili ilə görüş keçirəcək.

Səfərdə məqsəd Sarkozi-Medvedyev sazişinin yerinə yetirilməsi ilə tanış olmaqdır. Nümayəndə heyətinin üzvləri münaqişə zonasına baş çəkəcək və yaranan vəziyyətlə yerindəcə tanış olacaqlar.

AŞ PA prezidenti Gürcüstanı oktyabrın 31-də tərk edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti