...

Dağlıq Qarabağ münaqişəsi artıq "buzxanadan çıxarılıb" - Türkiyə Baş nazirinin baş müşaviri

Siyasət Materials 29 Oktyabr 2008 12:05 (UTC +04:00)

Türkiyə Baş nazirinin xarici siyasət məsələləri üzrə baş müşaviri Əhməd Davudoğlu Dağlıq Qarabağ probleminin artıq donmuş bir münaqişə olmadığını və "buzxanadan çıxarıldığını" bildirib. Bu barədə Türkiyənin "Timetürk" informasiya agentliyi məlumat verib.

ABŞ-da təşkil olunan bir konfransda çıxış edən Davudoğlu indiki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sadəcə cəsarət və yaradıcılığın lazım olduğunu bildirib. Davudoğlu Türkiyə, Ermənistan və Azərbaycan əlaqələrinin bir-birilə bağlı olduğunu və bu əlaqələrin inkişafının birlikdə mümkün olduğunu da qeyd edib.

Xəbər lenti

Xəbər lenti