...

Bakıdakı Əbu Bəkr məscidinin fəaliyyətinin bərpa edilməsi yenidən araşdırılacaq

Siyasət Materials 31 Oktyabr 2008 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nərimanov rayon Məhkəməsi Əbu Bəkr məscidinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı işi yenidən araşdıracaq.

Nərimanov rayon Məhkəməsində hakim Asif Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Əbu Bəkir məscidinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı işə yenidən baxılması haqda qərar çıxarılıb.

Bu barədə Trend - a cümə günü Nərimanov rayon dindarları Dini İcmasının nümayəndəsi vəkil Cavanşir Süleymanov bildirib.

"Nərimanov rayon Polis Idarəsindən məhkəməyə müraciət edərək bildiriblər ki, ötən proses onların iştirakı olmadan keçirilib və məhkəmədən xahiş ediblər ki, məscidin fəaliyyətinin bərpa edilməsi onların iştirakı ilə araşdırılsın"- deyə vəkil bildirib.

Trend -un arayışı: Bakının Nərimanov rayon məhkəməsi Nərimanov rayon dindarları Dini İcmasının Polis İdarəsinə qarşı qaldırdığı iddia üzrə oktyabrın 27- də Əbu Bəkr məscidinin açılması və fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edib.

Bundan sonra Nərimanov rayon Polis İdarəsi Əbu Bəkr məscidində təxribatlar törədilməsi barədə məlumatların olmasını əsas gətirərək, məscidin fəaliyyəti ilə bağlı məsələyə yenidən baxılmasını xahiş ediblər.

Müraciətdə ərazidə təhlükəsizliyin və ictimai - asayişin qorunması üçün məscidin fəaliyyətinin bərpası barədə qərarın ləğv olunması xahiş olunur.

Bu il avqustun 17- də saat 20:50 radələrində Bakı şəhəri, Ülvi Bünyadzadə küçəsində yerləşən Nərimanov rayon dindarlarının Dini İcmasının fəaliyyət göstərdiyi Əbu Bəkr məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib. Məlum hadisədən sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılmışdı. Bu terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Vəkil bildirib ki, növbəti məhkəmə prosesi noyabrın 12 - də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti