...

UNICEF Bakı ofisinin rəhbərini təyin edib

Siyasət Materials 3 Noyabr 2008 11:53 (UTC +04:00)
UNICEF Bakı ofisinin rəhbərini təyin edib

Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir N.Abdullayeva/ UNICEF-in Bakı ofisinin rəhbərini təyin olunub. Təşkilatın Bakı ofisindən bazar ertəsi Trend -a verilən məlumata görə, Məhəmməd Bendris Alami nümayəndəliyin rəhbəri olub.

O, bu postda keçmiş rəhbər Hanaa Sinqeri əvəz edib. Alami bu təyinatadək UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktorunun müavini olub.

On beş il ərzində o, dövlət məmuru kimi çalışıb və 1985-ci ildən 1988-ci ilədək UNICEF-in Mərakeş və Kamerundakı nümayəndəliyində təşkilat proqramının rəhbəri vəzifəsində fəaliyyət göstərib. 1994-cü ildə Alami təşkilatın Qvineyadakı nümayəndəliyinin rəhbərinin müavini olub. Sonrakı illərdə o, Suriya, İordaniya və Pakistanda işləyib.

Azərbaycan 1992-ci ildən UNICEF-in üzvüdür və təhsil, mədəniyyət, səhiyyə kimi sahələrdə təşkilat ilə sıx əməkdaşlıq edir.

63 yaşlı Alami Mərakeş vətəndaşıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti