Gürcüstan, Tbilisi, 03 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın yeni Baş naziri hesab edir ki, Acarıstan Ali Şurasına seçkilər normal şəraitdə keçəcək. "Məndə seçkilərin normal keçməsi barədə məlumat var", - Qriqol Mqaloblişvili bazar ertəsi jurnalistlərə bəyan edib. "Bu seçkilər demokratiya üçün sınaqdır və ümid edirəm ki, günün sonunadək eyni axarda davam edəcək", - Baş nazir bildirib. O, hakimiyyətin seçkilərin demokratik şəraitdə keçməsi üçün əlindən gələni etdiyini vurğulayıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]