Finlandiya prezidenti Tarya Halonen Azərbaycan prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edib.
"İkinci müddətə Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və bu yüksək vəzifədə uğurlar diləyirəm. Əminəm ki, ölkələrimiz arasında ötən illər ərzində formalaşmış yüksək səviyyəli münasibətlər inkişaf edəcək və əməkdaşlığımız gələcəkdə daha da möhkəmlənəcəkdir" - deyə Halonenin göndərdiyi məktubda bildirilir.