Gürcüstan, Tbilisi, 05 noyabr/ Trend ,müxbir N.Kirtsxaliya/ ABŞ-ın yeni administrasiyası vəziyyətin əsiri olmayacaq və Gürcüstan hakimiyyətini birmənalı qaydada dəstəkləməyəcək. Bu barədə çərşənbə günü jurnalistlərə prezident seçkiləri ilə əlaqədar Amerika xalqını təbrik etmək üçün "Kortiard Merriott" mehmanxanasına gələn Gürcüstanın Mühafizəkarlar Partiyasının lideri Zviad Dzidziquri bildirib.
O hesab edir ki, Mixail Saakaşvili respublikaçıların layihəsi idi və onlar Gürcüstanda demokratik normaların məhdudlaşmasına göz yummaq məcburiyyətində idilər.
"Düşünürəm ki, demokratlar Gürcüstanın demokratikləşməsinə daha çox diqqət ayıracaqlar və ümumiyyətlə, mən ABŞ-da olduğu kimi bizdə də nə vaxtsa azad və demokratik seçkilər keçiriləcək günü arzulayıram", - deyə Dzidziquri bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]