...

50 ildir ki, İranın atom elektrik stansiyası var - Parlamentin Milli Təhlükəsizlik komissiyasının sədri

Siyasət Materials 6 Noyabr 2008 17:09 (UTC +04:00)

İran İslam Şura Məclisinin (Parlament)Milli Təhlükəsizlik Komissiyasının sədri Əlaəddin Bürucerdi bildirib ki, İranda ilk atom - elektrik stansiyası 1956 - cı ildə Tehran şəhərində tikilib. O əlavə edib ki, hazırda Tehranın elektrik enerjisinin bir hissəsini bu stansiya təmin edir. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat yayıb.

"Nüvə proqramı İran İslam Respublikasının xarici siyasətinin əsasını təşkil edir", - deyə Bürucerdi cümə axşamı İranın dövlət strukturlarının və nazirliklərinin Könüllülər (Bəsic) təşkilatı rəhbərlərinin Məşhəddə keçirilən iclasında bildirib.

Bürucerdi əlavə edib ki, Qərb ölkələri İranın nüvə texnologiyasına yiyələnməsini istəmir, lakin iranlı mütəxəssislərin köməyi və Allaha arxalanaraq, biz uranın zənginləşdirilməsi texnologiyasını əldə etmişik.

O bildirib ki, əldə edilən texnologiyadan ölkənin enerji ehtiyacının təmin edilməsi üçün istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti