Azərbaycan, Bakı, 10 noyabr / Trend müxbir S. Kazımlı / Bakının Nəsimi rayonunda məişət qazının sızması nəticəsində partlayış baş verib və mənzildə silah-sursat aşkar edilib, -Nəsimi rayon prokuroru Aqşin Ziyadov bazar ertəsi Trend - a məlumat verib.
"Hadisə yerindən bir ədəd tapança, doqquz ədəd avtomat patronu və əl qumbarasının alışqanı aşkar edilib və ekspertizaya göndərilib"- deyə Ziyadov əlavə edib.
Bu gün səhər saat 08:30 radələrində Nəsimi rayonu Əbilov küçəsi, 78 ünvanında yaşayan Azad Kərimovun yaşayış evində partlayış baş verib. Kərimov və həyat yoldaşı Anya Kərimova hadisə yerindəcə ölüblər.
Prokuror bildirib ki, ilkin araşdırma zamanı hadisənin qaz sızması nəticəsində baş verməsi və hadisədən öncə Kərimovların dəm qazından zəhərlənərək ölmələri müəyyən edilib.
Ziyadov əlavə edib ki, ilkin məlumatlarda 60 yaşlı Kərimovun əvvələr hərbçi olduğu bildirilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]