...

Enerji Sammitinin keçirilməsi ilə əlaqədar Bakıda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Siyasət Materials 12 Noyabr 2008 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend müxbir C.Babayeva/ Bakıda IV Enerji Sammitinin keçirilməsi ilə əlaqədar noyabrın 13-14-də paytaxtda nəqliyyat vasitələrinin hərəkəti məhdud olacq, - Bak şəhəri Dövlət Yol Polisi İdarəsinin Nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov çərşənbə günü bildirib. Sammit noyabrın 14-də öz işinə başlayacaq.

Sammitdə iştirak edəcək yüksək səviyyəli qonaqların hərəkətinin təhlükəsizliyini təmin etmək üçün  Mətbuat, Hüseyn Cavid, Parlament, İnşaatçılar, Neftçilər, Nobel, Heydər Əliyev, Zərifə Əliyeva, Bül-bül prospektlərində, Azneft, Azadlıq, Füzuli meydanlarında, Mehdi Hüseyn, Mikayıl Müşviq, Teymur Elçin, Niyazi, Rəşid Behbutov küçələrində  nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi paytaxt sürücülərini yollarda tıxacların qarşısının alınması məqsədilə avtomobillərdən istifadəni məhdudlaşdırmağa çağırır.

Sammitdə iştirak üçün Türkiyə, Gürcüstan, Polşa, Litva, Estoniya, Latviya, Rumıniya və digər ölkələrin prezidentlərinin Bakıya səfəri planlaşdırılır.

Birinci enerji sammiti 2006-cı ilin mayında Polşanın Krakov şəhərində, ikinci ötən ilin noyabrında Vilnüsdə, üçüncü cari ilin mayında Kiyevdə keçirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti