...

Azərbaycan və Özbəkistan arasında imzalanmış sənədlər təsdiq olunub

Siyasət Materials 12 Noyabr 2008 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü

Azərbaycan və Özbəkistan arasında bu il sentyabrın 11 - də Bakı şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Özbəkistanın Təbiətin Mühafizəsi üzrə Dövlət Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Özbəkistanın Rabitə və İnformatizasiya Agentliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycanın Ticarət və Sənaye Palatası və Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Xarici İşlər Nazirliyinə sənədlərin

həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti