...

Azərbaycan və Belarusun səhiyyə nazirlikləri arasında imzalanmış saziş təsdiq olunub

Siyasət Materials 12 Noyabr 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü bu il iyulun 31- də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Belarus Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, sazişin həyata keçirilməsinin təmin edilməsi Azərbaycanın Səhiyyə Nazirliyinə tapşırılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Belarus Respublikası tərəfini xəbərdar etməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti