...

İran parlamentinin sədri Amerikanın beynəlxalq aləmdə yürütdüyü siyasəti yenidən tənqid edib

Siyasət Materials 13 Noyabr 2008 13:48 (UTC +04:00)

İran, Tehran, 13 noyabr / Trend , müxbir A.Namdari/ İran parlamentinin spikeri ABŞ-ın regionda və beynəlxalq aləmdə yürütdüyü siyasəti yenidən tənqid edib.

Spiker Əli Laricani cümə axşamı İranın Qum şəhərində Təhsil Nazirliyi və İslami Tələbələr Təşkilatının üzvləri ilə keçirdiyi görüşdə bildirib ki, dünyada və xüsusilə Yaxın Şərq regionunda baş verənlər Amerikanın təkbaşına fəaliyyət göstərmək dövrünün sona çatdığını göstərir.

"Amerika qüdrətinə güvənərək Əfqanıstan və İraqı işğal etdiyi zaman elə güman edirdi ki, heç bir ölkə onun qarşısında dayana bilməyəcək, lakin belə olmadı", - deyə Laricani bildirib.

Laricani son iki həftə ərzində dəfələrlə Amerikanın dünyada yürütdüyü siyasəti tənqid edib. O, ABŞ prezidentləri Corc Buş və Barak Obamanın İranın uranı zənginləşdirmək proqramına qarşı mövqelərini tənqid edib.

Amerikanın yeni prezidenti Obama ötən həftə keçirdiyi ilk mətbuat konfransında İranın "nüvə silahı istehsal etmək niyyəti"nin qəbuledilməz olduğunu deyib. "İranın nüvə proqramını dayandırmaq istiqamətində beynəlxalq cəhdlər artırılmalıdır. İranın terror təşkilatlarına dəstək göstərməsinə son qoyulmalıdır", - deyə Obama bildirib.

İran dəfələrlə uranın zənginləşdirilməsi proqramının sülhməqsədli olduğunu bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti