...

Belarus və Azərbaycan hərbi əməkdaşlıq planı imzalayıblar

Siyasət Materials 14 Noyabr 2008 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir N.Abdullayeva/ Belarus və Azərbaycan hərbi əməkdaşlıq planı imzalayıblar.

Cümə günü Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətindn telefonla Trend -a verilən məlumata görə, Belarus və Azərbaycanın müdafiə nazirləri Leonid Maltsev və Səfər Əbiyev 2009-cu il üçün iki ölkənin hərbi idarələri arasında hərbi əməkdaşlıq Planı və nazirliklər arasında informasiya mübadiləsi sisteminin yaradılmasına dair Saziş imzalayıblar.

Müdafiə İdarələrinin rəhbərləri iki ölkə arasındakı ikitərəfli hərbi əməkdaşlığın vəziyyətindən razılıqlarını ifadə ediblər və onun gələcək artan inkişafının zəruriliyi mövqeyindən çıxış ediblər.

Azərbaycan dünyanın 50-dən çox ölkəsi ilə hərbi-texniki əməkdaşlığa malikdir, onlardan 20-si ilə hərbi-texniki əməkdaşlıq barədə müqavilə imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti