...

"Odessa-Brodı" layihəsi üzrə daha konkret işlər 2009-cu ildə başlanacaq – Ukrayna prezidenti

Siyasət Materials 14 Noyabr 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir S.Əliyev/ "Dekabrda "Odessa-Brodı" layihəsi üzrə texniki-iqtisadi əsəslandırmanın hazırlanması başa çatacaq". Bu barədə cümə günü Bakıda keçirilən IV Enenrji Sammitində Ukrayna prezidenti Viktor Yuşşenko bildirib.

Onun sözlərinə görə, 2009-cu ildən bu marşrut üzrə daha konkret işlərə başlanacaq.

Ukrayna prezidentinin sözlərinə görə, gələn ilin yanvar ayından "təhlükəsizlik və qiymət qoyma məsələlərini həll etməli olan" "Sarmatiya" beynəlxalq qrupu "Odessa-Brodı" layihəsi üzrə öz işini bərpa edəcək.

667 km. uzunluğunda və 200 mln. dollar dəyərində olan Odessa-Brodı neft kəməri 2001-ci ildə tikilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti