...

Gürcüstanın bufer zonalarında vəziyyət qənaətbəxş deyil - AŞ komissarı

Siyasət Materials 14 Noyabr 2008 18:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın bufer zonalarda vəziyyət həm təhlükəsizlik, həm də insanların maddi təminatı baxımından, qənaətbəxş deyil", - Avropa Şurasının insan haqları üzrə komissarı, Gürcüstanda səfərdə olan Tomas Hammarberq söyləyib.

"AŞ komissarı bufer zonalara gedib və qaçqınların vəziyyətilə şəxsən tanış olub", - Gürcüstanın reinteqrasiya naziri Temur Yakobaşvili cümə günü Hammarberqlə görüşdən sonra deyib. Onun sözlərinə görə, görüşdə qaçqınlarla bağlı vəziyyət və onların problemləri müzakirə olunub. "Mən avropalı qonağı qaçqınlar üçün planlaşdırılan yardımla bağlı müfəssəl məlumatla tanış etdim", - Yakobaşvili vurğulayıb.

Nazirin sözlərinə görə, Avropa Şurasının işğala məruz qalan ərazilərdə daimi monitorinq keçirmək barədə qərar qəbul etməsi çox vacibdir. "Olduqca vacibdir ki, Avropa Şurası kimi nüfuzlu qurum bu məsələdə maksimum fəaliyyət göstərsin", - Yakobaşvili əlavə edib.

Öz növbəsində, Hammarberq qeyd edib ki, Tsxinvali bölgəsində danışıqların əsas predmeti həlak olanların cəsədlərinin alınmasıyla bağlı olub və danışıqlar davam edir.

Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti