Gürcüstan, Tbilisi, 14 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Avropa Gürcüstan böhranı ilə bağlı məsələdə problemlərin prioritetliyini saxlamalıdır", - deyə Avropa İttifaqına müraciətində Gürcüstanın Demokratik İnkişaf Fondunun prezidenti Nino Burcanadze bildirib.
Benita Ferrero Valdner, Havyer Solana, Joze Manuel Barroza və Karel Şvartsenberq bu müraciətin ünvanlandığı şəxslərdir.
"Avropa və ABŞ -ın vahid mövqeyi Rusiya tanklarının Tbilisi yaxınlığında dayandırmasını mümkün etmişdisə, deməli, bu vahid güc prezident Sarkozinin böyük siyasi səyləri nəticəsində əldə edilən altı bəndlik müqavilənin təqdir edilməsini də təmin etməyə qadirdir", - deyə Gürcüstan parlamentinin keçmiş spikeri bildirib.
Müraciətdə bildirilir ki, hazırkı mərhələdə Gürcüstanın Axalqori rayonu, Kodor dərəsi və Perevi əraziləri Rusiya hərbi qüvvləri tərəfindən işğal olunub.
"Rusiya altı bəndlik müqavildən real olaraq yalnız atəşkəs, qismən də qoşunların çıxarılması şərtlərini yerinə yetirib. Rusiya Federasiyası trəfindən qoşunların bufer zonalardan çıxarılması, orada öz hərbi kontingentini yerləşdirmək üçün beynəlxalq ictimaiyyətin diqqətini münaqişə regionlarından yayındırmaq cəhd idi. Təəssüf ki, bu manevr müəyyən mənada əvvəlcədən hesablanmış nəticələrə gətirib çıxardı.Gürcüstan rəhbərliyi hərbi qarşıdurmadan qaça bilmədi.
Beynəlxalq ictimaiyyət, ilk növbədə, Avropa İttifaqı Rusiyanın azad hərəkət etməməsi üçün öz mövqeyini dəqiq müəyyən etməlidir", - deyə Burcanadzenin müraciətində bildirilir.
Gürcüstan parlamentinin keçmiş spikerinin sözlərinə görə, Rusiyanın etdikləri "reaksiya həddi" çərçivəsindən kənardır və bu, birmənalı qaydada pislənməlidir. Burcanadzenin sözlərinə görə, tərəqqinin əldə edilməsi üçün beynəlxalq ictimaiyyət, o cümlədən Gürcüstan bütün səylərini Rusiyanın təcridinə deyil, dialoqun başlanmasına yönəltməlidir.
"Sizi böyük səy tətbiq etməyə və Rusiya Federasiyasının Sarkozi - Medvedyev sazişini tam yerinə yetirməyə məcbur etmək kimi Gürcüstan üçün vacib olan addımlar atmağa çağırıram. Biz Rusiya ordusunun Gürcüstan ərazilərini tərk etməsini tələb edirik", - deyə Nino Burcanadze bildirib. Onun sözlərinə görə, Rusiya - Gürcüstan münaqişəsi Aİ və RF arasındakı dialoqun standart məsələlərindən biri olarsa, bu gələcəkdə analoji hadisənin təkrarlanması ehtimalı üçün ciddi şəkildə böyük təhlükə yaradacaq.
Parlamentin keçmiş spikeri hesab edir ki, Avropanın yalnız geniş və irimiqyaslı məneəsi Gürcüstanın demokratik perspektivlərini möhkəmləndirə bilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]