Türkiyə İraq Silahlı Qüvvələrinin formalaşmasına kömək etmək məqsədilə, bu ölkənin Silahlı Qüvvələrinin yüksək ixtisaslı kadrlarının hazırlanmasını həyata keçirir. Bu barədə Türkiyənin "Timetürk" informasiya agentliyi məlumat verib.
Türkiyənin müdafiə naziri Vəcdi Gönül bildirib ki, Türkiyə İraq Silahlı Qüvvələrinin formalaşmasına öz töhfəsini verməyə çalışır və bu məqsədlə artıq İraq Silahlı Qüvvələrinin 125 nəfər əməkdaşı Türkiyədə ali hərbi təhsil alıblar.