...

İran 5 milyon internet saytının fəaliyyətinə qadağa qoyub

Siyasət Materials 18 Noyabr 2008 15:58 (UTC +04:00)

İran, Tehran, 18 noyabr/ Trend , müxbir E. Namdari/ İİR- in məhkəmə orqanının əməkdaşı bildirib ki, bu ölkə 5 milyondan artıq internet saytını bağlayıb.

Trend -un verdiyi xəbərə görə, ölkə Baş Prokurorluğunun Ədliyyə müşaviri Əbdüssəməd Xorrəmabadi bazar ertəsi Azadşəhr bölgəsində Azad İslam Universitetinin "Ailə konfliktologiyası" mövzusunda keçirilən birgünlük regional forumda çıxışı zamanı bildirib. "Son dövrdə 5 milyondan çox internet saytı bağlanıb".

O, eyni zamanda əlavə edib: "İnternet, cəmiyyətdə bir çox sosial fəsadlar törədir və bu fəsadları azaltmaq üçün proqramlar hazırlanmalıdır".

İranın məhkəmə orqanının nümayəndəsi qeyd edib: "Düşmənlər internet şəbəkəsindən sui- istifadə etməklə, İran cəmiyyətinin dini dəyərlərinə zərbə vurmağa çalışırlar".

Bu, ilk dəfədir ki, İranın yüksək rütbəli rəsmisi İslam Respublikasında internet saytlarının fəaliyyətinin dayandırıldığını rəsmi şəkildə bəyan edib.

İranın Məhkəmə və Rabitə orqanlarının rəhbərliyi indiyədək müvafiq qurum tərəfnidən bağlanan saytların rəsmi statistikasını təqdim edə bilməyib.

İran Çinlə birgə internet saytlarının fəaliyyətini ən çox dayandıran ölkələr sırasına aiddir.

Xəbər lenti

Xəbər lenti