Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın cənub bölgəsində ər həyat yoldaşını güllələyib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a məlumat verilib.
Məlumata görə, noyabrın 19-da saat 01.00 radələrində Neftçala rayonunun Kürqaraqaşlı kənd sakini Dilavər Abbasov münaqişə zəminində ov tüfəngindən atəş açaraq həyat yoldaşı Tubini Abbasovanı qətlə yetirib. Hadisədən sonra Abbasov könüllü olaraq polisə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini 2 ədəd patronu ilə birgə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]