Gürcüstan, Tbilisi, 19 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ ABŞ -ın Tbilisidəki səfiri Con Tefft və Gürcüstanın maliyyə naziri Nikoloz Qilauri noyabrın 19 - da Laqodexidə, Azərbaycan ilə sərhəddə yeni nəzarət - buraxılış məntəqəsinin (NBM) açılış mərasimində iştiraki ediblər. Mərasimdə Gürcüstan Sərhəd Polisinin rəhbəri Zaza Qoqava və digər rəsmi şəxslər də iştirak ediblr.
Layihənin dəyəri 962000 dollardır. Gürcüstan sərhədlərinin mühafizəsi və qanunların təsdiqi Dövlət Proqramı çərçivəsində həyata keçirilən bu tədbirdən sonra, daha bir tədbrin reallaşdırılması nəzərdə tutulub. Nəzarət məntəqəsi və infrastruktur Gürcüstanın "Alioni" şirkəti tərəfindən tikilib. Layihəyə 2006 -cı ildə start verilib.
Laqodexidəki NBM ABŞ hökumətinin yardımı ilə tikilən dörd nəzarət buraxılış məntəqəsindən üçüncüsüdür. Belə məntəqələr artıq tikilib və "Qırmızı Körpü" və "Sadaxlo" da fəaliyyət göstərir.
Kazbeqidə dördüncü məntəqənin tikintisi yaxın vaxtlarda başa çatacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]