...

Türkmənistan və Özbəkistanın imtinası Parlament Assambleyasının səmərəli fəaliyyətinə təsir etməyəcək

Siyasət Materials 19 Noyabr 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti hesab edir ki, Türkmənistan və Özbəkistanın Türkdilli ölkələrin Parlament Assambleyasında təmsil olunmaqdan imtina etməsi yeni qurumun səmərəli fəaliyyət göstərməsinə təsir etməyəcək. "Türkmənistan və Özbəkistanın Assambleyaya qoşulmaması yeni qurumun fəaliyyətinə ciddi təsir göstərməyəcək", - bu barədə çərşənbə günü keçirdiyi brifinqdə parlamentin mətbuat katibi Akif Nəsirov məlumat verib.

Trend - un arayışı: Fevralın 20 -21 - də Antalyada Türkdilli dövlətlərin Parlamentlərarası Şurasının ilk toplantısı keçirilib. Toplantıda Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Türkmənistan və Özbəkistan nümayəndələri toplantıda iştirak etməyiblər.

Noyabrın 21-22 - də İstanbulda türkdilli ölkələrin parlament sədrlərinin görüşü keçiriləcək. Görüşdə Parlament Assambleyasının yaradılması məsələsi müzakirə olunacaq və saziş imzalanacaq. Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti toplantıda iştirak edəcək.

Mətbuat katibi deyib ki, Azərbaycan digər türkdilli ölkələrin də Assambleyada təmsil olunacağına ümid edir.

Nəsirov qeyd edib ki, iclasda Assambleyanın Baş Katibliyinin yaradılmasının da müzakirə olunması nəzərdə tutulub.

Onun sözlərinə görə, Azərbaycan parlamentinin sədri səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti