Türkiyənin Diyarbəkir bölgəsində PKK terrorçuları ilə Türkiyə əsgərləri arasında baş verən toqquşmada 2 əsgər ölüb, 4-ü isə yaralanıb. Bu barədə Türkiyənin "Dünyabulteni" informasiya agentliyi məlumat verib.
Baş verən toqquşmada 4 terrorçu öldürülüb. Ərazidə PKK əleyhinə aparılan hərbi əməliyyatlar davam etdirilir.