...

ABŞ və Rusiyanın Azərbaycanda daha çox təmas nöqtləri var, nəinki münaqişə üçün əsasları - Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

Siyasət Materials 20 Noyabr 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , C.Babayeva/ ABŞ və Rusiyanın Azərbaycanda münaqişədən daha çox əməkdaşlıq üçün təmas nöqtələri var, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev hesab edir.

"Bu gün Azərbaycan - Moskva və Vaşinqtonun uğurla əməkdaşlıq etdiyi meydandır. Kreml və Ağ Ev Azərbaycanda möhkəm və uzunmüddətli stabilliyin qorunmasında maraqlıdırlar. Məhz Azərbaycan postsovet məkanının elə bir dövlətidir ki, burada ABŞ-la Rusiyanın strateji maraqları üst-üstə düşür", - Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Nuriyev cümə axşamı Bakıda "Azərbaycan XXI əsrdə - uğur strategiyası" mövzusunda keçirilən Dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi Avropa strukturlarına təkamül inteqrasiyasının gerçəkləşdirilməsi istiqamətində strateji xətt yürüdür, region dövlətlərilə Azərbaycanın milli maraqlarını nəzərə almaqla qarşılıqlı fayda verəcək mehriban qonşluq münasibətləri saxlayır.

"Düşünülmüş siyasət yürütməklə, Azərbaycan öz mövqelərini təkcə beynəlxalq aləmdə deyil, həm də milli təhlükəsizlik sahəsində möhkəmləndirib. Prezident Azərbaycanın siyasi rəqabət meydanına çevrilməsinin qarşısını alıb. Buna görə də, təəccüblü deyil ki, dünya siyasətinin güc mərkəzləri İlham Əliyevin praqmatik və çoxtərəfli xarici siyasətini dəstəkləyirlər", - Nuriyev deyib.

"Azərbaycan XXI əsrdə - uğur strategiyası" cümə axşamı Bakıda keçirilən Dəyirmi masa çərçivəsində tanınmış politoloqların və regionun dövlət strukturları nümayəndələrinin iştirakı ilə davam edir.

Müzakirələr iki sessiyada aparılır - "Azərbaycan və Avrasiya məkanı - stabillik və inkişaf" və "Azərbaycanda siyasi partiyaların rolu və siyasi sistemin fəaliyyəti; ölkənin uğurlu inkişafının əsası kimi, Yeni Azərbaycan Partiyasının proqramı".

Müzakirələrdə Rusiya Federasiyası Dövlət Dumasının MDB və həmvətənlilərlə İş Komitəsinin sədri Aleksey Ostrovski, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev, "Avrasiya Tədqiqatlar İnstitutu" İnkişaf Fondunun prezidenti Valeri Tursunov, Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Sosial Araşdırmalar Fondunun direktoru Rəşad Rzaquliyev, Milli Məclisin deputatları, politoloqlar, Gürcüstan, Qazaxıstan və İrandan olan nümayəndələr iştirak edirlər.

Müəlliflə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti