...

Avropada Çexiyanın Avropa İttifaqına sədrliyinin uğurlu olacağına inanmırlar

Siyasət Materials 21 Noyabr 2008 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbirlər Y.Ostapenko, E.Tariverdiyeva/Qlobal maliyyə böhranı dövründə Çexiyanın Avropa İttifaqına sədrliyi təşkilat üçün problemlər yarada bilər, - avropalı ekspertlər hesab edirlər. Lakin çex ekspertlər əmindirlər ki, ölkə bu vəzifənin öhdəsindən gələcək.

Avropa İttifaqına üzvlük təcrübəsi 4,5 il olan Çexiya Respublikası yanvarın 1- dən Aİ-də idarəetmə hakimiyyətini Fransadan almalıdır.

Çexiyanın Aİ - də prezidentliyi üzv ölkələri bir neçə səbəbdən narahat edir.

Ekspertlər hesab edirlər ki, Çexiya Respublikasının təcrübəsinin olmaması, Amerikanın risk qruplarına borc verilməsinə əsaslanmış kredit siyasətinin dağılması nəticəsində başlayan qlobal maliyyə böhranı şəraitində, əlverişsiz amildir.

Beynəlxalq vəziyyəti, maliyyə və iqtisadi böhranları nəzərə alaraq, Aİ - də rəhbərliyin Çexiyaya keçməsi bu ərəfədə baş verə biləcək ən yaxşı hadisə deyil. - Avropa İttifaqının institusional islahatları üzrə mütəxəssis Antonio Missiroli (Antonio Missiroli) hesab edir. O, bunu Çexiyanın Aİ-yə heç zaman sədrlik etməməsi ilə izah edir.

Missirolinin sözlərinə görə, Çexiya avrozonaya daxil olmadığı üçün, maliyyə böhranı ilə mübarizə tədbirləri avrozona ölkələrinin tətbiq edə biləcəkləri üsullardan zəif olacaq.

"Çexiya hətta bu ölkələrin avro üzrə iclaslarında iştirak edə bilməyəcək". - Avropa İttifaqının siyasəti üzrə çoxsaylı nəşrlərin müəllifi Missiroli bildirib.

Ekspertlər Praqanın Rusiya ilə münasibətlərində Amerikanın RƏM sisteminin hissələrinin Çexiyada mümkün quraşdırılması ilə bağlı mövcud problemlərin nəticələrindən də ehtiyat edirlər. Kreml bu təşəbbüsü potensial təhdid kimi nəzərdən keçirir. Çexiyanın özündə də bu məsələ ilə bağlı fikir ayrılıqları var.

"Rusiya ilə pis münasibətlər ona Gürcüstandan ayrılmış Abxaziya və Cənubi Osetiya ilə bağlı vəziyyətin, Rusiyaya dair digər məsələlərin nizamlanmasında əhəmiyyətli rol oynamağa imkan verməyəcək", - Avropa Siyasi Mərkəzinin (Belçika) Proqram direktoru Missiroli güman edir.

Münaqişə avqustun 8 - nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlara əlaqədar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Çexiya prezidentinin şəxsi keyfiyyətləri də İttifaqın xeyrinə olmaya bilər.

Avropa İslahatlar Mərkəzinin (London) tədqiqatçısı Hyuqo Breydi (Hygo Brady) prezident Klausun fərdiyyətçiliyini, onun prezident demokratiyasında Baş nazir və hökumətin həll etməli olduğu məsələləri parlamentə verməkdən imtina edən zaman adi rolu qəbul etmək iqtidarında olmadığını qeyd edir.

Çexiya prezidenti - avroskeptik Aİ - nin strukturunda islahatların aparılması üçün zəruri olan Lissabon müqaviləsinin təsdiqlənməsini yubatmağa çalışır, halbuki onun təsdiqlənməsi prezidentin yox, parlamentin səlahiyyətlərinə daxildir.

Breydi Klausun diplomatik olmadığını da qeyd edir. "Çexiya Respublikasında diplomatik qarışıqlıqdır", - o, telefonla Trend - a bildirib.

Breydi Çexiya prezidentinin bir müddət əvvəl İrlandiyaya səfəri zamanı etdiyi hərəkətləri qeyri - diplomatik və məqsədəuyğun olmayan hesab edir.

Çexiya prezidenti Vatslav Klaus bir müddət əvvəl İrlandiyaya səfəri zamanı Lissabon müqaviləsinin təsdiqlənməsinin əleyhinə kampaniya aparanları dəstəkləyən fikir səsləndirib. Klaus, Lissabon müqaviləsinin Avropa İttifaqında azadlıq və demokratiyanın möhkəmlənməsinə yardım etməyəcəyini bəyan edərək, İrlandiyanın xarici işlər nazirinin mənfi reaksiyasına səbəb olub və Baş nazirin belə bəyanatların yersiz olması barədə sözlərinə cavab olaraq, onu ikiüzlü adlandırıb.

Prezident Klaus Avropa İttifaqına inamsızlıqla yanaşan məşhur avroskeptikdir. Sunday Times-in yazdığına görə, ötən ay o, Aİ- də prezidentliyi "əhəmiyyətsiz" adlandırıb və Aİ-nin, keçmiş Sovet İttifaqı kimi, böyük təhlükə olduğu barədə xəbərdarlıq edib.

Çexiya prezidenti Klausun avrospektikliyi istənilən vaxt ölkə hökumətinin çətin məsələlərin həllində kompromis yollar tapmaq səylərini poza bilər, - Missiroli təsdiq edir.

Avropa ekspertlərinin rəyinə görə, Çexiyanın prezidentliyi ilə bağlı olan bütün problemlərə baxmayaraq, Çexiyada nikbin əhval-ruhiyyədədirlər.

Çexiya Respublikası İttifaqın 27 üzvündən hər biri kimi, Aİ-yə sədrliyin öhdəsindən gələcək, - Yox güman edir və Çexiyanın prezidentliyində yalnız müsbət tərəfləri görür.

"Aİ - yə sədrlik Çexiya Respublikasına bizi dünyada yaxşı tanımayanlara tanıtmaq üçün gözəl imkan olacaq", - Çexiyanın İdnes.cz informasiya portalında siyasi bloqun müəllifi Yox elektron poçtla Trend - a bildirib.

Bu, Aİ-ni ittifaq daxilində daha böyük azadlığa və enerji idxal etdiyimiz ölkə və regionlara - Rusiya, Şimali Afrika və Yaxın Şərqə qarşı ümumi enerji siyasətinə itələmək üçün gözəl imkan olacaq, - Yox hesab edir.

Çexiya Baş nazirinin müavini A.Vondranın noyabrın 12 - də Stokholmda Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunda çıxışı zamanı səsləndirdiyi fikirlərə görə, Çexiyanın Aİ - də sədrliyi qəbul etməsinin gündəliyində üç əsas prioritet dayanır: iqtisadiyyat, energetika və Avropada dünyada.

Çexiya Respublikası ən azı bir il ərzində Fransa və İsveçlə - bizim prezidentliyimizdən əvvəlki və onun ardınca gələn ölkələrlə prezidentliyə hazırlaşır, - Yox bildirib.

İsveç Çexiyanın prezidentliyinə müsbət yanaşır. Almaniyanın nümayəndəsi İnqo Fridrixin, Çexiyanın 2009 - cu ilin ikinci yarısında Aİ - yə rəhbərliyi Praqadan alacaq İsveçlə yerlərini dəyişməsi barədə, Avropa Parlamentində irəli sürdüyü təklifini hər iki tərəf rədd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti