...

Şiə mitinqləri Bağdadda təhlükəsizliyi pozmayacaq - Bağdad merinin köməkçisi

Siyasət Materials 21 Noyabr 2008 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir Ü.Sadıqova/ Müqtəda Əs - Sədr şiə təşkilatının bu gün keçirilən mitinqi İraqdakı təhlükəsizliyi pozmayacaq.

Əs - Sədr şiə liderinin tərəfdarları təhlükəsizliklə bağlı ABŞ - la imzalanan razılaşmaya etiraz olaraq, Bağdadda aksiya keçirirlər. Hazırda həmin razılaşma İraq parlamentində müzakirə olunur, - RİA Novosti xəbər verir.

Bağdad merinin köməkçisi Naina Kaadinin sözlərinə görə, mitinqlər cümə namazından sonra başlayıb, amma günortayadək hər şey qurbansız və qan - qadasız başa çatıb.

"Bağdadın bələdiyyə hakimiyyəti mitinqin gedişinə nəzarət edib. Xoşbəxtlikdən, o, partlayışsız və hərəkat üzvləri ilə hökumət nümayəndələri arasında qarşıdurma olmadan başa çatıb", - Kaadi Trend -a Bağdaddan telefonla xəbər verib.

İraqda cümə gününün əsas siyasi hadisəsi təhlükəsizlik razılaşması ilə bağlı parlamentin qəbul edəcəyi qərarla bağlıdır. Bu səbəbdən də, İraq şəhərlərinin, xüsusən də Bağdadın təhlükəsizlik qüvvələri iş rejimini gücləndiriblər, - o deyib.

Bazar günü İraq hökuməti ABŞ - la təhlükəsizlik razılaşmasını təsdiqləyib və onu parlamentin müzakirəsiniə təqdim edib. Parlament son qərarı noyabrın 24 - də çıxaracaq.

Bağdad merinin köməkçisi Kaadinin sözlərinə görə, şiələrin guya sünnilərə qarşı mitinqinə icazə verilməsi barədə söz-söhbətlər əsassızdır.

"Sədr tərəfdarlarının əsas narazılığı təhlükəsizlik razılaşmasıyla bağlıdır. Burada təriqətlərarası motivlər yoxdur", - o deyib.

Şiə tərəfdarlarının cümə etirazı partlayış və silahlı qarşıdurma ilə müşayiət olunmadığından, ABŞ qüvvələri mitinqin dağıdılmasına qarışmayıblar, - Kaadi deyib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti