İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) rəhbəri bildirib ki, İsrailin xeyrinə İranın nüvə proqramı haqqında məlumat toplamaqla məşğul olan qrup zərərsizləşdirilib
SEPAH -ın komandiri Əli Cəfərinin mətbuat konfransında bildirdiyinə görə, Korpus əməkdaşları tərəfindən aparılan əməliyyat nəticəsində bu qrupun, İranın nüvə proqramı, nüvə obyektləri və hərbi texnikası barədə məlumat toplayaraq, İsrail kəşfiyyatına təqdim etdiyi aşkar olunub. Bu barədə Fars agentliyi məlumat verib.
General, həmçinin, bildirib ki, saxlanılan şəxslər terror və təxribat həyata keçirmək üçün xüsusi hazırlıq keçiblər. Lakin o, saxlanılanların vətəndaşlığı, qrupp üzvlərinin tərkibi, sayı barədə suallara cavab verməyib.
Şənbə günü İranda İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunan ölkə vətəndaşı Əli Əştariedam edilib.