...

Türkiyə-Ermənistan görüşmələri davam edəcək – Türkiyə xarici işlər naziri

Siyasət Materials 25 Noyabr 2008 11:19 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əli Babacan Türkiyə ilə Ermənistan arasında görüşmələrin davam edəcəyini bildirib. Bu barədə Türkiyənin "Timetürk" informasiya agentliyi məlumat verib.

Dünən axşam Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşən Babacan görüşdən sonra mətbuata verdiyi açıqlamada görüşün müsbət ab-havada keçdiyini və iki ölkə arasında siyasi və texniki məsələlərlə bağlı görüşlərin davam edəcəyini bildirib. Babacan görüşmələrin məqsədinin iki ölkə arasındakı münasibətləri tamamilə normallaşdırmaq olduğunu və bu məqsədə çatana qədər güclü siyasi iradə ilə görüşləri davam etdirəcəklərini deyib. Nalbandyan da iki ölkə arasındakı münasibətləri normallaşdırma səylərini davam edəcəklərini bildirib.

Ermənistanla Türkiyə arasında əlaqələr 1993-cü ildən etibarən kəsilib. Buna səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 % ərazisini işğal etməsi olub. Bu il sentyabr ayının 6-da Avropa Futbol Çempionatı çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən dəvət alan Türkiyə prezidenti Abdulla Gül Yerevana getdi. Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir. Ermənistan və Türkiyənin yüksək səviyyəli rəsmiləri arasında keçirilən son ikitərəfli görüş dünən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısı çərçivəsində İstanbula gələn Nalbandyanla Türkiyə xarici işlər naziri Babacan arasında baş tutub.

Xəbər lenti

Xəbər lenti