...

Ermənistan Avropa ölkələri mədəniyyət nazirlərinin Bakı görüşündə iştirakını hələ təsdiq etməyib – nazir

Siyasət Materials 27 Noyabr 2008 13:46 (UTC +04:00)
Ermənistan Avropa ölkələri mədəniyyət nazirlərinin Bakı görüşündə iştirakını hələ təsdiq etməyib – nazir

Azərbaycan, Bakı,  27 noyabr/ Trend , müxbir C.Babayeva/ Ermənistan Avropa ölkələri mədəniyyət nazirlərinin Bakı görüşündə iştirakını hələ təsdiq etməyib. "Mədəniyyətlərarası dialoq Avropa və qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfrans dekabrın 2-3-də Bakıda keçiriləcək. Konfransın təşkilatçıları qismində Avropa Şurası və Azərbaycan Mədəniyyət və Turizm Nazirilyi çıxış edir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cümə axşamı jurnalistlərə bildirib ki, Avropa Şurası Ermənistanı konfransa dəvət edib, lakin Ermənistan tərəfi hələ ki, bu məsələ ilə bağlı öz mövqeyini bildirməyib.

Mədəniyyət nazirlərinin iştirakının təsdiqinə ayrılan müddət başa çatıb, lakin Qarayevin sözlərinə görə, əgər Ermənistan Bakı konfransında iştirak etmək istəsə, Azərbaycan bunun üçün bütün lazimi şəraiti yaradacaq.

İki ölkə 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən münaqişə vəziyyətindədir. Azərbaycan torpaqlarının 20 faizindən çoxu Ermənistan tərəfindən işğal olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti