...

Biz Rusiyanın təcridinin əleyhinəyik, lakin o, NATO-nun maraqlarını nəzərə almalıdır – Baş nazir

Siyasət Materials 28 Noyabr 2008 15:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Danimarka Gürcüstanın NATO-ya daxil olmasını dəstəkləyir və onun ərazi bütövlüyünü tam olaraq tanıyır", - Danimarkanın Baş naziri Anders Foq Rasmussen cümə günü Gürcüstan prezidenti ilə birgə mətbuat konfransında bildirib. "Biz öz mövqeyimizi dəqiq təsbit edir və ÜFP verilmədən Gürcüstanın NATO-ya daxil olmasını mümkün hesab edirik", - Baş nazir qeyd edib. Onun sözlərinə görə, o, "Rusiyanın təcridinin tərəfdarı deyil". "NATO Rusiyaya lazım olduğu kimi,  Rusiya da NATO-ya lazımdır və bu anlayış Moskvada olmalıdır. Orada alyansa qarşı birtərəfli addımlar atılmamalıdır. Biz hamımız birlikdə Avropada təhlükəsizliyin təmin edilməsinə can atmalıyıq", - danimarkalı Baş nazir hesab edir.

Rasmussenin sözlərinə görə, ABŞ-da Barak Obamanın hakimiyyətə gəlməsiylə Rusiya-Amerika münasibətlərinin dəyişməsi "az ehtimal olunur".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti