...

Azərbaycan sülhməramlılarının Əfqanıstanda sayının artırılmasına dair ilkin razılıq əldə olunub

Siyasət Materials 1 Dekabr 2008 17:49 (UTC +04:00)
Azərbaycan sülhməramlılarının Əfqanıstanda sayının artırılmasına dair ilkin razılıq əldə olunub

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir T.Cəfərov/ Azərbaycan sülhməramlılarının Əfqanıstanda sayının artırılmasına dair ilkin razılıq əldə olunub.

"Azərbaycan rəsmiləri ilə görüşdə ölkə sülrməramlılarının Əfqanıstandakı sayının artırılması ilə bağlı hər iki tərəf müsbət qərar verib", - bazar ertəsi Bakıda səfərdə olan Əfqanıstan Milli Assambleyasının (parlament) sədri Məhəmməd Yunis Qanuni jurnalistlərə bildirib.

Trend - un arayışı: Azərbaycan parlamenti oktyabrda Əfqanıstandakı sülhməramlı kontingentin iki dəfə artırılması haqqında qanun layihəsi qəbul edib.

Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 45 azərbaycanlı sülhməramlı xidmət edir. Onlar Kabildə post - patrul nəzarəti həyata keçirirlər. Bu artımdan sonra say 90 - a qaldırılıb.

Qanun layihəsinin lehinə 95, əleyhinə 1 deputat səs verib, bir nəfər bitərəf qalıb.

1997- ci ildə Azərbaycan Milli Ordusunun tərkibində sülhməramlı dəstə, sonra isə sülhməramlı tabor yaradılıb. Iraqdakı Çoxmillətli Qüvvələrin tərkibində Azərbaycan Silahlı Qüvvələrinin 150 əsgəri var və onlardan 34 - ü Kosovoda olub. Azərbaycan hərbçiləri diyarın 18 kəndində nəzarət həyata keçiriblər. Kosovoda təxminən 400 azərbaycanlı əsgər qulluq edib. Azərbaycanın Kosovodakı sülhməramlı dəstəsi Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərib. Diyarın müstəqilliyi elan edildikdən sonra, Azərbaycan, siyasi fikirləri baxımından, Kosovadakı sülhməramlılarını geri çağırıb.

Noyabrın əvvəlində Azərbaycan, missiyasi başa çatdığına görə, İraqdakı sülhməramlılarını da geri çağırıb.

Parlament sədrinin sözlərinə görə, Azərbaycan rəsmiləri ilə görüşdə regonda və beynəlxalq aləmdə terrorizmə qarşı mübarizənin gücləndirilməsinin perspektivləri müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti