...

Amerika bizim bir nömrəli düşmənimizdir - İranın Məsləhət Şurasının sədri

Siyasət Materials 2 Dekabr 2008 13:01 (UTC +04:00)

İran, Tehran, 02 dekabr / Trend , müxbir A.Namdari / İranın Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani Amerika Silahlı Qüvvələrinin İrana qarşı tam silahlanmış vəziyyət olduğunu bildirib.

"Amerika bizim bir nömrəli düşmənimizdir və öz Silahlı Qüvvələrini bizə qarşı tam təchiz edib", - deyə Rəfsəncani çərşənbə axşamı İran Konstitusiyasının qəbulunun 30-cu ildönümü münsaibəti ilə parlamentdə keçirilən tədbirdə bildirib.

Rəfsəncani İran rəsmilərini və xalqı bu təhlükəyə qarşı birləşməyə çağırıb.

O, həmçinin İran rəsmilərini xalqa qarşı düzgün olmağa və partiya maraqlarını milli maraqlardan üstün tutmamağa çağırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti