...

Gürcüstanın Baş naziri yeni xarici işlər, müdafiə, iqtisadiyyat, mədəniyyət və idman nazirlərinin adlarını açıqlayıb

Siyasət Materials 9 Dekabr 2008 11:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili bu gün öz hökumətinin yeni nazirlərini təqdim edib. Müdafiə naziri vəzifəsinə Gürcüstanın ABŞ-dakı keçmiş səfiri David Sixarulidze, iqtisadiyyat  naziri vəzifəsinə deputat Laşa Jvaniya, mədəniyyət və idman naziri vəzifəsinə Nika Rurua, xarici işlər naziri vəzifəsinə Qriqol Vaşadzenin namizədliyi irəli sürülüb.

Baş nazir vurğulayıb ki, Sixarulidze və Jvaniyanın həm də böyük diplomatik iş təcrübəsi var. "Bundan başqa, Jvaniya Gürcüstana sərmayələrin cəlb edilməsi üçün çox səy göstərib ki, bu da bizim üçün  çox vacibdir", - o bildirib. Mqaloblişvili prezident administrasiyasına qayıdan Yekaterina Şaraşidzeyə gördüyü işə görə minnətdarlığını bildirib. "Rusiyanın işğalı zamanı Şaraşidze iqtisadiyyatımızın bütün sınaqlara davam gətirməsində böyük rol oynayıb və çox halda bu, onun şəxsi fədakarlığı sayəsində baş verib", - Baş nazir bildirib.

Şaraşidze hər kəsə əməkdaşlığa görə minnətdarlığını bildirib və yeni nazirlərə uğurlar arzulayıb.

"Bizim üçün başlıcası - seçkiqabağı dövrdə xalqa verilən vədləri yerinə yetirmək və ölkəni Rusiyanın işğalı ilə əlaqədar düşdüyümüz böhrandan çıxarmaqdır", - o vurğulayıb. Son həftə ərzində müdafiə, xarici işlər, iqtisadiyyat, mədəniyyət və idman, təhsil və elm nazirləri dəyişib. Beləliklə, xarici siyasət idarəsinin yeni rəhbəri Qriqol Vaşadze, müdaifə naziri David Sixarulidze, mədəniyyət və idman naziri Nika Rurua, təhsil və elm naziri Nika Qavramiya, iqtisadiyyat naziri Laşa Jvaniya olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti