...

Bakıda Hindistan vətəndaşı dəm qazından zəhərlənmədən ölüb

Siyasət Materials 9 Dekabr 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr / Trend müxbir S.Kazımlı / Bakıda Hindistan vətəndaşı dəm qazından zəhərlənərək ölüb. Bu barədə cərşənbə axşamı Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Son iki ay müddətində Azərbaycanda 10-dan artıq adam dəm qazından zəhərlənmədən ölüb.

Məlumata görə, dekabrın 8-də saat 10:25 radələrində Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsi, ev 81 ünvanda yaşayan Hindistan vətəndaşı Seed Abdooltahir Amir Hasan oğlu hamamda dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti