...

Tbilisidə artırma tikilinin uçması nəticəsində bir nəfər qadının həlak olduğu güman edilir

Siyasət Materials 9 Dekabr 2008 16:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Tbilisidə doqquz mərtəbəli binaya əlavə tikilinin uçması nəticəsində bir nəfər qadının həlak olduğu güman edilir. Şəhərin Fövqəladə Hallar İdarəsinin rəhbəri Timur Giorgadzenin jurnalistlərə bildirdiyinə görə, yerli sakinlər dağıntılar altında bir qadının qaldığını bildirirlər. Hadisə bir neçə dəqiqə əvvəl baş verib və xilasedicilər dağıntıları təmizləməyə başlayıblar. Əlavə tikili yaşayış sahəsini genişləndirmək məqsədilə ucaldılıb. Hadisə yerinə gələn ekspertlər əlavə tikilinin uçma səbələrini təyin edəcəklər. Qeyd etmək lazımdır ki, belə tikililərin ucaldılmasına 90-cı illərdə prezident Zviad Qamsaxurdiya dövründə icazə verilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti