...

Əfqanıstanda yeddi nəfər Amerika aviasiyasının yanlış zərbələrinin qurbanı olub

Siyasət Materials 10 Dekabr 2008 15:09 (UTC +04:00)

Əfqanıstan, Kabil, 10 dekabr/ Trend , müxbir A.Hakimi/ Amerika hərbçiləri Zabulda aparılmış əməliyyat zamanı səhvən yeddi nəfər əfqan polisini öldürüblər, - Əfqanıstan XİN-in nümayəndəsi Zamri Bəşari Trend -a bildirib.

Onun sözlərinə görə, bu, Əfqanıstan və Amerika qüvvələrinin birgə apardığı təmizləmə əməliyyatı nəticəsində baş verib.

İnterfax isə xəbər verir ki, Əfqanıstanda Amerika aviasiyasının çərşənbə günü endirdiyi həmlələr zamanı altı polis və bir dinc sakin həlak olub. Yaralanmış 13 nəfərin 11-i polis əməkdaşıdır.

"Biz, yeddi nəfərin həlak olması və 13 nəfərin yaralanmasına səbəb olan bu hadisə ilə bağlı dərindən təəsüflənirik. Təhqiqat başlayıb", - ABŞ ordusunun yaydığı kommünikedə deyilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti