...

Hərbi hissələrdə "dedovşina" halları xarakterik deyil - Azərbaycanın hərbi prokuroru

Siyasət Materials 12 Dekabr 2008 12:35 (UTC +04:00)
Hərbi hissələrdə "dedovşina" halları xarakterik deyil - Azərbaycanın hərbi prokuroru

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbr K.Zərbalıyeva/ Azərbaycanın hərbi prokuroru cümə günü bildirib ki, hərbi hissələrdə "dedovşina" halları xarakterik deyil.

"Azərbaycanın hərbi hissələrində "dedovşina" faktları nadir hallarda qeydə alınır", - jurnalistlərə hərbi prokuror Xanlar Vəliyev bildirib.

Oktyabr-noyabr aylarında İnternet səhifələrində Azərbaycan Müdafiə Nazirliyininə məxsus Ələt hospitalında və Daxili Qoşunların N saylı hərbi hissəsində "dedovşina" faktları ilə bağlı görüntülər yayımlanıb.

Vəliyev deyib ki, "dedovşina" faktlarının qarşısının alınması üçün tədbirlər görülür. "İnternetlərdə yayımlanan "dedovşina" faktları ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb. Həmin cinayəti törədən əsgərlərlə yanaşı, həmin hərbi hissələrin zabitləri vəzifələrindən sui-istifadə və bu cinayəti törətməyə şərait yaratma ittihamları ilə məsuliyyətə cəlb olunublar", - Vəliyev əlavə edib.

Hərbi prokuror hesab edir ki, əsgərlərin Nizamnamədən kənar xırda pozuntularının hamısını "dedovşina" faktı kimi qələmə vermək düzgün deyil. "Hərbi hissələrdə kontingent gəncdir, ona görə Nizamnamədən kənar xırda pozuntulara rast gəlmək mümkündür", - Vəliyev qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti