...

Rusiya SSRİ - nin xarici siyasətini təkrarlamamalıdır – Fransa prezidenti

Siyasət Materials 16 Dekabr 2008 14:59 (UTC +04:00)

Fransa, Strasburq, 16 dekabr/ Trend , müxbir A.Məhərrəmli/ Rusiyanın siyasətinin bəzi aspektləri Avropa İttifaqında narahatlıq doğurur, - Avropa Parlamentinin Fransanın Aİ-yə sədrliyinin yekunlarına həsr olunmuş sessiyasında çıxış edən bu ölkənin prezidenti Nikolya Sarkozi deyib.

"Rusiyanın böyük dövlət olmasını istəyirsinizsə, Sovet İttifaqının siyasətindən çıxış etməyərək, özünüzü müvafiq şəkildə aparmalısınız", - prezident bildirib.

Onun sözlərinə görə, Aİ, Moskvanın Medvedyev-Sarkozi planı üzrə öhdəliklərini yerinə yetirməsindən razıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti