...

Azərbaycanın iki solçu partiyası əməkdaşlıq haqqında razılığa gəlir

Siyasət Materials 16 Dekabr 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın sol yönümlü iki partiyası Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) və Azərbaycan Mütərəqqi Sosialist Partiyası (AMSP) əməkdaşlıq haqqında razılığa gəlir.

Çərşənbə axşamı iki solçu partiya liderləri Rövşən Hüseynov və Rüstəm Şahsuvarovun görüşündə ikitərəfli əməkdaşlıq məsələləri və ölkədə sol qüvvələrin inkişafı müzakir edilib, - AMSP-nin mətbuat xidmətindən bildiriblər.

"Müştərək tədbirlərin keçirilməsi haqqında razılıq əldə edilib. Vurğulanıb ki, Azərbaycanda başqa real sol qüvvələrin olmaması şəraitində belə əməkdaşlıq zəruridir", - məlumatda bildirilir.

Şahsuvarov, Mütərəqqi Sosialist Partiyası yaradılanadək Azərbaycan Kommunist Partiyasının üzvü olub. Azərbaycanın Xalq Sosialist Partiyası cari ilin oktyabrında təsis edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti