...

Bakıda qadını boğub öldürüblər

Siyasət Materials 18 Dekabr 2008 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir S.Kazımlı/ Bakıda qətl hadisəsi törədilib; 71 yaşlı qadını boğaraq öldürüblər, - cümə axşamı Binəqədi rayon Polis İdarəsindən (RPİ) Trend -a məlumat verilib.

RPİ - dən bildiriblər ki, Xətai rayonu, Vəzirov küçəsi, ev 11 B, mənzil 8 ünvanında yaşayan 71 yaşlı Şərqiyə Sadıx qızı Axundovanın meyiti bu gün rayonun Novxanı bağları 71 A ünvanında aşkar edilib.

İlkin ehtimala görə, Axundova boğularaq öldürülüb. Hadisə ilə bağlı saxlanılan şəxsin olub - olmaması haqda məlumat verilməyib. Hadisə yerində Binəqədi PRİ - nin, Bakı şəhəri və Binəqədi rayon prokurorluqlarının əməkdaşları araşdırma aparırlar.

Məqalə müəllifi ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti