Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın paytaxdında bir neçə gün öncə törədilmiş qətlin üstü açılıb, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend -a məlumat verilib.
Məlumata görə, dekabrın 18-də saat 11:00 radələrində Binəqədi rayonu ərazisindəki 71 yaşlı Şərqiyyə Axundovanı qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı Elnur Məmmədov və 25 yaşlı Elgün Bayramov tutulublar.
Mərhumun meyidi başına salafan torba salınmış halda yaşadığı mənzildə tapılıb. Cinayət Bakı şəhər Baş Polis İdarəsi, Binəqədi Rayon Polis İdarəsi, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb.
Tutularkən Bayramovdan mənzildən oğurladığı 15 manat, 10 rubl, 600 ABŞ dolları və qızıl-zinət əşyaları götürülüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda oğurluq və qəsdən adam öldürmə maddələri ilə cinayət işi açılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]