...

Benəzir Bhuttonun adına sikkə vurulacaq

Siyasət Materials 19 Dekabr 2008 13:52 (UTC +04:00)

Pakistanın Mərkəzi Bankının rəhbərləri bildiriblər ki, ölkənin sabiq Baş naziri Benəzir Bhuttonun vəfatının ildönümü münsaibətilə onun adına sikkə vurulacaq. Bu barədə İranın dövlət televiziyasının rəsmi saytı dekabrın 19- da məlumat yayıb.

Bhuttonun adına vurulacaq sikkələrin sayı 300 min on rupilik olacaq. Sikkənin bir üzündə Bhuttonun şəkli həkk ediləcək, digər üzündə isə "Şərq qızı - Benəzir Bhutto" sözləri Pakistan dilində (urdu) yazılacaq.

Pakistanın Xalq partiyasının sabiq rəhbəri Benəzir Bhutto ötən il dekabrın 27-də Pakistan ın Ravalp şəhərində seçkiqabağı mitinqdə çıxış edərkən terror nəticəsində həlak olub.

Xəbər lenti

Xəbər lenti